XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

05 İyul 2016 - 10:24

Zakir Həsənovdan orduya Ramazan çağırışı:“Torpaqları qısa bir müddətdə işğaldan azad etməliyik”

zakir-h-1

Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənov Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Strateq.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazir öz təbrikində deyib ki, milli-mənəvi dəyərlər xalqın mənəvi sərvətidir. Bu dəyərləri həmişə yüksək tutan mərhum prezident Heydər Əliyev milli və dini adət-ənənələrimizin qorunub saxlanılmasının da qayğısına qalıb: “Bərabərlik və mənəvi təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, bu günümüzə qədər yaşadılan Ramazan bayramı Azərbaycanda yüksək səviyyədə qeyd olunur. Dünya dövlətləri arasında dini tolerantlıq nümunəsi kimi tanınan Respublikamız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir. Bu gün ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb, dövlətimizin müdafiə qüdrəti artıb, müstəqilliyimiz daha da möhkəmlənmib”.

Z. Həsənovun sözlərinə görə, aprel döyüşləri Silahlı Qüvvələrimizin döyüş ruhunun, döyüş qabiliyyətinin və gücünün təsdiqi oldu: “Torpaqlarımızın bir qismi işğaldan azad edildi. Cənab Ali Baş Komandan "Biz imkan verməyəcəyik ki, bizim torpağımızada ikinci erməni dövləti yaransın" fikrini dəfələrlə vurğulayıb. Biz də prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları qısa bir müddətdə işğaldan azad etməliyik.  İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram.