Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Sloveniya Respublikasına rəsmi səfəri başlayıb.
Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazir Zakir Həsənovun Sloveniya paytaxtı Lyublyanaya səfəri çərçivəsində bu ölkənin prezidenti, parlamentin sədri, müdafiə naziri və bir sıra digər şəxslərlə görüşünün keçirilməsi planlaşdırılır.
Məlumatda səfərin martın 14-dək davam edəcəyi də bildirilib.