XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 15:31

Qazaxstan:“Qarabağ münaqişəsini nizamlamaq üçün yeni vasitəçilər cəlb etmək lazım deyil”

erlan

“Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün yeni vasitəçiləri cəlb etmək lazım deyil, Minsk qrupunun razılaşmalarının reallaşdırılmasını təmin etmək kifayətdir”.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov deyib.

Onun fikrincə, Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri dəqiq formalaşdırılıb, buna görə də həmin razılaşmaların reallaşdırılmasını təmin etmək lazımdır.