XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 19:20

Sergey Lavrovun Bakıya səfərinin vaxtıbəlli oldu

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfəri başlayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun ikinci ongünlüyündə Bakıya səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbə bildirib.

Qeyd edək ki, bundan öncə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə S.Lavrovun Azərbaycana səfər edəcəyini bildirmişdi.

Nazir qeyd edib: "Prezidentlər səviyyəsində Dağlıq Qarabağ üzrə növbəti görüşün keçirilib-keçirilməyəcəyi onun səfərindən asılı olacaq".