XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2016 - 21:51

“Qida embarqosu ilə bağlı hər hansı bir qərar verilməyib” –Medvedyevdən Türkiyə ilə bağlı açıqlama

medvedev

Rusiyanın Baş naziri Dmitri Medvedyev Türkiyəyə tətbiq olunan qida embarqosunun ləğv edilməyəcəyini açıqlayıb.

Paytaxt Moskva yaxınlığında yerləşən istixanalara baş çəkən Medvedyev hələlik yalnız turizmlə bağlı razılıq əldə olunduğunu deyib:

“Qida embarqosu ilə bağlı hər hansı bir qərar verilməyib. Nəyin necə ediləcəyini türkiyəli həmkarlarımızla danışacağıq. Normallaşma prosesinə girməyimiz dərhal qaçıb bütün qapıları açmağımız mənasını vermir. Hələlik yalnız turizmlə bağlı bir qərar vermişik”.

Daha sonra Medvedyev istixanada yetişdirilən pomidorun dadına baxaraq “Baldır”, – deyə, fikrini bildirib(Axar.az).