XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 09:46

“Neftçi”də 1 milyon qalmaqalı böyüdü

“Neftçi” Emil Mpenzaya pul ödəməlidir? 1 milyon dollar? Siz nə danışırsız? Bu doğrudur? Emil “Neftçi” ilə hansı məbləğdə müqavilə imzalandığını deyə bilmərəm. çünki bu, məxfi saxlanılır. Onu deyə bilərəm ki, “Sion” bakılılardan 1,5 milyon dollar tələb edirdi. Ancaq sonradan 500 min dollara razılaşdılar”.

Bu sözləri apasport.az-a belçikalı futbolçu Emil Mpenzanı “Neftçi”yə transfer etməkdə rol alan menecer Raşhid Taymot deyib.

Mpenzanın “Neftçi”dən FİFA-ya şikayəti ali futbol qurumu tərəfindən “ağ-qaralar”a 1 milyon dollara yaxın təzminatın ödənilməsinə dair məktubun göndərilməsi ilə nəticələnib. Menecer isə bu qalmaqalla bağlı açıqlamasında bu faktları sadalayıb:

“Azərbaycan Belçikaya yaxın ölkə olmadığı üçün və mənim xeyli futbolçularım olduğuna görə 1 il müddətində Mpenza ilə maraqlana bilmədim. İşlərimə əlaqədar hər ay Bakıya üz tutmaqda çətinlik çəkdim. Məsələ burasındadır ki, Mpenza mənə 1 il ərzində işlərinin yaxşı getdiyini söylədi. “Neftçi”də xoşbəxt idi. Nə oldusa, 1 il sonra baş verdi. Fikrimcə, zədə aldı və buna görə də bacarığını yetərincə sərgiləyə bilmədi. Bu səbəbdən də “Neftçi” onu satmaq istəyirdi.

Biz sonradan Mpenza ilə Antalyada qarşılaşdıq. Mənə artıq “Neftçi”də xoşbəxt olmadığını və bir neçə aydır maaşının ödənmədiyini bildirdi. Bu səbəbdən də klubdan ayrılmaq istədiyini, ona yeni komanda tapmağımı xahiş etdi”.