XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 June 2015 - 09:47

“İçərişəhər”də elektron lövhə yerləşdirilib – QHT Şurasından daha bir novasiya

iceriseher_lovhe_190615_01.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında elektron məlumat lövhəsi və monitor yerləşdirib.

Lövhənin hazırlanmasında məqsəd I Avropa Oyunları ilə əlaqədar ölkəmizə səfər edən çoxsaylı xarici vətəndaşların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatlarla təmin edilməsidir.

iceriseher_lovhe_190615_07.jpg

Monitorda Şuranın Şuşa və Ağdam haqqında çəkdiyi sənədli filmlər nümayiş etdirilir, eyni zamanda qaçan sətirlərlə işğal altında olan rayonlara dair informasiyalar verilir.

Məlumat lövhəsinə işğal altında olan ərazilərimizin fərqləndirildiyi xəritə və Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinə dair geniş statistik məlumatların əks olunduğu ingilis və rus dillərində bukletlər də yerləşdirilib.

Şuranın bu innovativ təşəbbüsü çox qısa zamanda öz səmərəsini verib. Bu yenilik 1-ci Avropa Oyunlarının keçirildiyi günlərdə “İçərişəhər”ə gələn turistlərin diqqətini cəlb edib və böyük marağa səbəb olub.

Elektron məlumat lövhəsi və monitor yerləşdirilməsi təşəbbüsü və onun əcnəbilərin diqqətini dərhal cəlb etməsi Azərbaycan həqiqətlərinin təbliğində novasiya və yenilikçiliyin necə vacib amil olduğunu bir daha nümayiş etdirib.

Şura yaradıcı yanaşma olan zaman çox az resurs sərf etməklə necə səmərli nəticə əldə olunması ilə bağlı daha bir nümunə göstərib.

iceriseher_lovhe_190615_06.jpg

Strateq.az