XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

06 İyul 2016 - 13:50

“Qarabağ”dan"Kəpəz"ə jest

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Moldovada “Daçiya” ilə üz-üzə gələcək "Kəpəz" Bakıda keçirilən son məşqini “Qarabağ”ın Suraxanıda yerləşən məşq bazasında edib.

Trend-in "Kəpəz" klubunun saytına istinadən verdiyi məlumata görə, məşqi klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu və icraçı direktor Mehman Allahverdiyev də izləyib.

Onlar məşq zamanı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və kapitan Rəşad Sadıqovla da görüşüblər. Ayaqüstü söhbətdə tərəflər bir-birlərinə qitə miqyaslı turnirlərdə uğurlar arzulayıblar.

Görüşdə həmçinin “Kəpəz”ə məşq etmək üçün şərait yaratdıqlarına görə Ağdam təmsilçisinin rəhbərliyinə minnətdarlıq edilib.

Xatırladaq ki, cavab oyunu iyulun 7-də Moldovanın Speya şəhərindəki eyniadlı stadionda keçiriləcək. İlk oyunda hesab açılmamışdı.