XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 July 2016 - 00:51

Avro-2016:Portuqaliya 3 dəqiqəyə iki qol vurdu, finala yüksəldi

avro-2016-cempionat

Bu gün “Avro-2016”nın yarımfinal mərhələsində Portuqaliya və Uels milliləri final uğrunda meydanba çıxıblar.

Strateq.az xəbər verir ki, Kriştiano Ronaldolu Portuqaliya ilə Qeret Beyllı Uelslə oyunun birinci hissəsində hesab açılmasa da, 2-ci hissədə Portuqaliya millisi 3 dəqiqə işərisində 2 qol vuraraq, önə çıxıblar. 

Ronaldo 49-cu dəqiqədə günc zərbəsindən qaldırılan topu gözəl baş zərbəsiylə qapıdan keçirib. Bu qoldan 3 dəqiqə sonra isə Nani növbəti qola imza atıb – 2:0.

Oyun bu hesabla başa çatıb və Portuqaliya finala vəsiqə qazanıb.

Qeyd edək ki, digər yarımfinal oyunu bu gün axşam Almaniya və  Fransa milliləri arasında keçiriləcək. Bu oyunun qalıbi ilə Portuqaliya finalda qarşılaşacaq.