XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 00:27

“Qadınlar  Arasında Həmrəylik” İctimai  Birliyikotirokva sorğusu elan edir

Loqo-SAW

“Qadınlar  Arasında Həmrəylik” İctimai  Birliyi Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Məişət zorakılığının aradan qaldırlması üçün tədbirlərin görülməsi” layihəsi çərçivəsində “Məişət zorakılığı hallarının aradan qaldırılması” mövzusunda video-çarxın çəkilişi işlərinin satın alınmasını həyata keçirir.

Video-çarx aşağıdakı parametrlərə cavab veməlidir:

  • Xronometraj: minumum-3-4 dəqiqə
  • Rəngli
  • HD keyfiyyət
  • Təsvir keyfiyyəti: 1280 x 720 (16×9 HD) və yaxud 640 x 480 (4:3 SD)
  • Kodek-264, MPEG-2 və yaxud MPEG-4.
  • Diskretizasiya tezliyi- 44,1 кГц
  • Konteyner- MPEGTS
  • Kadrların dəyişməsi tezliyi-saniyədə 24-25 kadr
  • Peşəkar kamera
  • Layihə ekspertləri ilə birlikdə ssenari ideyalarının verilməsi, ssenari hazırlanması və rejissor dəyərləndirilməsinin aparılması,   quruluş  verilməsi
  • Müasir qrafik   dizayn, səsləndirmə                 
  • Aktyorların kastiniqi və seçilməsi

Video-çarx məişət zorakılığı hallarının qarşısının alınması,  məişət zorakılığının qarşısının alınmasının hüquqi əsasları, prinsipləri və tədbirləri, məişət zorakılığı  qurbanlarının müdafiəsi  tədbirləri  barədə geniş auditoriyanın məlumatlandırılması məqsədilə çəkilir.                                                                              

Hüquqi və fiziki şəxslər öz təkliflərini  22  iyul 2016-ci il tarixə qədər Bakı şəhəri M.Əfəndiyev 7\24 AZ 1001 ünvanına və  [email protected][email protected] –e-mail-nə  göndərə bilərlər.  Kotirovka sorğusunda iştirak etmək üçün ən azı 3 il müvafiq sahədə təcrübə tələb olunur. Video-çarx müqavilə bağlandığı tarixdən  30 gün  müddətinədək ilkin versiyada  təqdim olunmalıdır.  25 iyul 2016-ci il tarixə qədər təklif göndərən hüquqi və fiziki şəxslərə cavab veriləcək. Qiymət təklifində ünvan və telefon nömrələri qeyd olunmalıdır. Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların (işlərin və xidmətlərin) qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, kömürük rüsumları və digər xərcləri nəzərə almaqla göstərilməlidir.

Əlavə məlumat üçün Əlaqə:

Azərbaycan Bakı, М.Əfəndiyev küç.7/24   

Tel.: (994 12) 4925726

Fax: (994 12) 4952726                       

Email: 

[email protected]

[email protected]