XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 11:37

Rayon qeydiyyatında olan maşınların taleyi necə olacaq? – Yol Polisindən açıqlama

İyul ayının 1-dən sonra da rayon qeydiyyatında olan maşınların Bakıya buraxılmayacağı, o cümlədən marketlərə ərzaq daşıyan yük maşınlarının yenə də gecə saatlarında hərəkət edəcəyi barədə məlumat yayılıb.

BDYPİ-nn İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevlə bildirib ki, geniş ictimaiyyət paytaxtda nəqliyyatın sıxılığını aradan qaldırmaq üçün rayon qeydiyyatında olan maşınların yenidən Bakıya buraxılmaması üçün polisə müraciət edir: “Əgər hökumət bununla bağlı hər hansı qərar qəbul edərsə, müvafiq orqanlar da onu icra edəcək. Amma hələ ki, rəsmi qərar yoxdur. Bununla belə, qeyd edim ki, Avropa Oyunlarına görə tətbiq edilmiş bütün məhdudiyyətlər iyul ayının 1-dək qüvvədədir”(Qafqazinfo).