XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 13:09

Tanınmış hərbi ekspert Telman Əbilov və həyat yoldaşıqəzaya düşdü

qeza

Azərbaycanın hərbi eksperti Telman Əbilov və həyat yoldaşı Dilbər Əbilova bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 125 -ci kilometrliyində baş verən ağır yol qəzasında xəsarət alıblar. 

"Report"un xəbərinə görə, T.Əbilovun qolu qırılıb, həyat yoldaşı D.Əbilova isə qol, ayaq və bədənin müxtəlif hissələrindən xəsarət alıb. Yaralılar ilk olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və orada onlara ilkin tibbi yardım göstərilib. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Hazırda T.Əbilov və D.Əbilova Bakıya xəstəxanaya gətirirlər.

T.Əbilov Azərbaycanın hərbi ekspertidir. O, ehtiyatda olan ədliyyə mayorudur. 

Xatırladaq ki, T.Əbilov və D.Əbilova "Qafqazinfo" portalının redaktoru Günel Əbilovanın valideynləridir.