XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 13:57

Avropa bankları Yunanıstana görə 50 milyard itirdi

Yunanıstanın maliyyə sistemindəki böhran Avropa banklarına baha başa gəlib. Son məlumatlara görə, banklar Yunanıstanın iyunun 28-də qəbul etdiyi məlum qərardan sonra 50 milyard avro itiriblər.

Strateq.az-ın «Bloomberg»ə istinadən verdiyi xəbərə görə, bu, 2011-ci ildən bu yana ən pis göstərici hesab olunur. Ən çox ucuzlaşan isə Portuqaliyanın kredit təşkilatlarının qiymətli kağızlarıdır. Məsələn, Portuqaliyadakı «Banco Comercial Portugues»in səhmləri 9,1 faiz ucuzlaşıb.

İspaniyadakı «Banco Popular Espanol»da bu rəqəm 6,5 faiz, İtaliyadakı «Banca Monte dei Paschi»də isə 7,2 faizdir. Xatırladaq ki, Yunanıstan hökuməti ölkədəki bankların fəaliyyətinə bir həftəlik ara verib.

Hazırda bu banklardan sutka ərzində adambaşına 60 avrodan çox pul çəkmək mümkün deyil. İyulun 5-nə ölkədə iqtisadi tədbirlərin zəruriliyi ilə bağlı referendum təyin edilib. Referendumun keçirilməsinə Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu təkid edir. Hazırda Yunanıstanın borcu 300 milyard avrodan çoxdur. Hökumətin beynəlxalq maliyyə təşkilatları ilə dəstək xahişli danışıqları heç bir nəticə verməyib.

Strateq.az