Şabran rayonunda geniş ərazidə yanğın başlayıb.
Hadisə rayonun Taxtalar kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində quru kol-kos sahəsində başlayan yanğın qəbiristanlığa keçib. Əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın nəzarətə götürülüb. (APA)