XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 17:44

Donald Trampın yəhudi kürəkəni:“Qaynatam irqçi və antisemit deyil”

kusner

“Qaynatam Donald Tramp irqçi və antisemit deyil. Mən onun qızı ilə münasibətimin başlandığı zaman buna şəxsi təcrübəmdə əmin olmuşam”.

Strateq.az bidirir ki, bu sözləri ABŞ prezidentliyə namizəd olan milyarder Trampın kürəkəni Cared Kuşner  “The New York Observer” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, insanlar Trampda görmək istədiklərini görürlər: “Amerika ciddi problemlərlə üz-üzə qalıb. İqtisadiyyat, terror, hakimiyyətə etimadın itməsi…Mən inanıram ki, qaynatam bütün bu problemləri həll edə biləcək. Buna görə onu dəstəkləyirəm”.

Kuşnerin sözlərinə görə, o xolokostu yaşamış yəhudi ailəsinin nəslindəndir. Ata-babaları 40-cı ilərdə Belorusiyanın Novoqrudok şəhərində yaşayıblar. Orada yəhudilərin böyük icması olub. Faşistlər Belorusiyanı tutduqdan sonra 250 yəhudi tunellə qaça bilib. Yolda faşistlər onları güllə-barana tutub. Nənəsi meşədə gizlənərək xilas ola bilib. Orada babası ilə tanış olub. Bundan sonra onlar partizan dəstəsinə qoşulublar..

Kuşner deyib ki, Trampın qızı ilə ailə qurduqdan sonra arvadı iudaizmi qəbul edib.