XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 21:02

Ermənistan prezidenti NATO-nun sammitinə qatılacaq –Rəsmi açıqlama

sarkisyan

Ermənistan prezidenti Serj Sarkisyan Polşaya səfərə gedəcək. 

Bu barədə  Ermənistan prezidentinin mətbuat xidməti xəbər yayıb.

Sarkisyanın səfəri iyulun 8-ə planlaşdırılıb. O, NATO-nun Varşava şəhərində keçirilən sammitində iştirak edəcək(ANS).

Qeyd edək ki, NATO-nun Varşavada keçiriləcək sammitində 18 prezident iştirak edəcək.  Prezident İlham Əliyev də sammitə iştirak etmək üçün Varşavaya işgüzar səfərə gedib.

Sammitdə prezidentlərlə bərabər, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək. Təşkilatın iclası iyulun 8-9-da Polşanın paytaxtı Varşava  şəhərində keçiriləcək.   

Sammitin növbəti günü Əfqanıstan barədə səhər müzakirəsi ilə başlayacaq. Transanadolu (TANAP) və Trans-adriatik (TAP) layihələrinin reallaşdırması məsələsi NATO-un Varşava sammitində müzakirə ediləcək.