XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 21:55

Beş ölkənin nazirləri Qazaxıstana toplaşır –Xəzər dənizinə görə...

xezer-1

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü iyulun 12-də baş tutacaq.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

Onun sözlərinə görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bununla əlaqədar olaraq Qazaxıstana səfər edəcək. O, artıq bu formatda 6-cı görüşün keçirildiyini bildirib.

Zaxarova görüşdə həmçinin Xəzərin statusu, müxtəlif sferalarda əməkdaşlıq, nəqliyyat, təhlükəsizlik, ekologiya, regional və beynəlxalq məsələlər müzakirə ediləcəyini də söyləyib(Axar.az).