XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

07 İyul 2016 - 22:13

“Qəbələ”, “Kəpəz” və “Neftçi” növbəti mərhələyə yüksəldi –Avropa Liqasında!

qebele-futbol

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində  Azərbaycanın “Qəbələ” komandası Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşıb.

Strateq.az xəbər verir ki, Qəbələ keçirilən qarşılaşmada 5-1 hesabı ilə qələbə qazanan Azərbaycan komandası Gürcüstanda 2-1 məğlub olsa da, növbəti tura vəsiqə qazanıb.

Qeyd edək ki, "Qəbələ" ikinci təsnifat mərhələsində MTK (Macarıstan) ilə qarşılaşacaq.

***

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Gəncənin “Kəpəz” komandası da səfərdə “Daçiya” ilə oynayıb.

Bakıda keçirilən ilk görüşdə Moldova klubu ilə qolsuz bərabərə qalan Şahin Diniyevin komandası bu oyunda 1:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə olaraq avrokuboklarda növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, "Kəpəz" ikinci təsnifat mərhələsində Avstriyanın "Admira-Vakker Medlinq" klubu ilə qarşılaşacaq.

***

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakının “Neftçi” komandası da növbəti oyununa çıxıb.

Öz meydanında Maltanın “Baltsan” klubunu qəbul edən "Neftçi" 1:2 hesabı ilə uduzub. Ancaq səfərdə 0-2 qalib gəldiyindən komandamız növbəti mərhələyə yüksəlib.