XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 00:54

Avro-2016: Fransa erkən finalın qalibi oldu,almanlar evə döndü

avro-2016-cempionat

Bu gün "Avro-2016”nın növbəti finalçısının müəyyən edən oyun – Fransa və Almaniya milliləri üz-üzə gəliblər.

Strateq.az xəbər verir ki, erkən final sayılan qarşılaşmada oyunun 45-ci dəqiqəsində hakimin şübhəli penalti təyinatı ilə fransızlar hesabı açıblar. Qrizman Noyerin qoruduğu qapıdan topu keçirib – 1:0.

Onu da qeyd edək ki, hakim türk əsilli Məsut Özil və Əmrə Can da daxil olmaqla, almanların 4 oyunçusuna da sarı kart göstərib…

72-ci dəqiqədə Qrizman Almaniyanın qapısından ikinci topu da keçirib – 2:0.

Bu qoldan 1 dəqiqə sonra isə Almaniyanın fərqi azaltmaq imkanı olsa da, zərbə dirəkdən dönüb.

Beləliklə, oyun bu hesabla başa çatıb və Fransa yarımfinala çıxıb!

Qeyd edək ki, Fransa finalda Portuqaliya millisi ilə qarşılaşacaq.