XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 00:08

İran səfirindən Türkiyəyə çağırış: “Ortaq fəaliyyət aparsaq, savaşı qazanacağıq”

“Suriyanın şimalındakı qarşıdurmanı Türkiyə sərhədlərinə doğru yaxınlaşdırmaq provakasiyadır”.

Strateq.az Axar.az-a istinadla xəbər verir ki, bu açıqlama ilə İranın Türkiyədəki səfiri Əli Rza Bigdeli çıxış edib. Onun sözlərinə görə, imperialist dövlətlər məzhəb, etnik və iqtisadi problemlərdən yararlanaraq, İslam dünyası üzərində hakimiyyətini davam etdirməyə çalışır: “Biz region ölkələri ortaq fəaliyyət aparsaq, bu savaşı qazanacağıq. Suriyada savaş başladığı andan etibarən bu ölkəyə xarici müdaxilənin olacağı ilə bağlı hər kəsi xəbərdar etmişdik. Xoşbəxtlikdən həm İran, həm Türkiyə Suriya torpaqlarının bütövlüyünü istəyir. Lakin bu kifayət etmir. Suriyada sülhün əldə olunması üçün tezliklə tərəflər arasında dialoq başlamalıdır”.