XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

08 İyul 2016 - 16:49

Kəmaləddin Heydərov şikayətçiləri qəbul edib, tapşırıqlar verib –Qəbul

kemaleddin-qebul

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Ucar şəhərində Ucar, Zərdab, Kürdəmir, Göyçay rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dən  verilən məlumata görə, nazir tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 56, digər məsələlərlə bağlı müraciət etmiş 50 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.