XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

08 İyul 2016 - 18:11

Obama İlham Əliyevə məktub yazdı –Mətn

ilham-obama

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Ramazan bayramını qeyd etdiyiniz bir vaxtda Mişel və mən Amerika xalqı adından Sizə və xalqınıza ən xoş arzularımızı yetiririk.
Ramazan ayı ərzində bütün dünya müsəlmanları, o cümlədən güclü və fəal Amerika müsəlman icması sədaqət, mərhəmət və xeyirxahlıq üçün birləşirlər. Bu, elə bir zamandır ki, məscidlər, mədəniyyət mərkəzləri, şəhər meriyaları və dinlərarası icmalar öz qapılarını qonşularına, yaxınlarına və yoxsullara iftar süfrəsi, ümumi dəyərlər və qarşılıqlı ləyaqət üzrə dialoq üçün açırlar. Sözün qısası, Ramazan öz ümumi insanlığımız, ibadət və sülh barədə fikirləşmək üçün mühüm bir imkandır.

Qoy, qarşıdan gələn il Sizə sevinc və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!”.