XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

30 İyun 2015 - 08:30

İndoneziyada təyyarə qəzası – 30 nəfər öldü

İndoneziyada hərbi təyyarə qəzaya uğrayıb.

Strateq.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin üçüncü böyük şəhəri olan Medanda baş verən qəzada ən azı 30 nəfərin öldüyü bildirilir.

Məlumata görə, təyyarə uçuşa başlayandan iki dəqiqə sonra qəzaya uğrayaraq ərazidəki otel ve evlərin üzərinə düşüb. Hadisə zamanı bir neçə evə və avtomobilə ciddi ziyan dəyib. İndoneziya Axtarış və Xilasetmə Xidmətinin nümayəndəsi Nisar Turnip ölənlərin sayının artacağını istisna etməyib.

Strateq.az