XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

30 İyun 2015 - 08:47

Son bir ildə ən çox qazanan məşhurlar – Siyahı

«Forbes» jurnalı son bir ildə dünya üzrə ən çox gəliri olan 100 məşhurun siyahısını dərc edib. Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıya tanınmış boksçu Floyd Meyvezer liderlik edir. Onun ötən ilin iyun ayından bu yana 300 milyon dollar gəliri olub.

İkinci yerin sahibi 160 milyon dollar gəliri olan boksçu Menni Payaodur.

Müğənni Keti Perri 135 milyon dollarlıq gəlirlə üçüncü sıradadır. Onun ardınca «ilk onlğua» Britaniyanın «One Direction» pop qurupu (130 milyon), radio aparıcısı Qovard Stern (95 milyon), müğənni Qart Bruks (90 milyon), yazıçı Ceyms Patterson (89 milyon), aktyor Robert Dauni (80 milyon), müğənni Teylor Svift (80 milyon), futbolçu Kriştiano Ronaldo (79,5 milyon) və aparıcı Raş Limbo (79 milyon) düşüb.

Siyahıydakı (88-ci yer) yeganə rus tanınmış tennisçi Mariya Şarapovadır. Son bir ildə Şarapovanın gəliri 29.5 milyon dollar olub.