XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2016 - 21:51

Materassi 10 il sonra Zidanla davanın sirrini açdı:“Bacısı barədə axmaq ifadə işlətdim...”

zidan

Futbol üzrə İtaliya yığma komandasının keçmiş müdafiəçisi, 2006-cı ilin dünya çempionu Marko Materassi 10 ildən sonra Zinəddin Zidanla olan qalmaqalına aydınlıq gətirib.

Strateq.az bildirir ki, “L Equipe” qəzetinə verdiyi müsahibəsində Materassi 2006-cı ilin dünya çempionatında Zidanın nəyə görə ona kəllə atdığını açıqlayıb.

Xatırladaq ki, İtaliya ilə Fransa arasında final oyunu zamanı Zidanla Materassi arasında söz atışması davaya çevrilmişdi və milyonlarla tamaşaçanın gözü qarşısında Zidan Materassinin sinəsinə başı ilə zərbə vurmuşdu. Lakin Materassinin ona nə dediyi indiyə qədər məlum deyildi.

“Mən həqiqətən axmaq ifadə işlətdim. Amma bu söz Zidanın belə reaksiyasına dəyməzdi. Romanın, Neapolun, Turinin, Parisin istənilən məhəlləsində bundan betər söyüşlər eşitmək olar. Mən nə dedim? Mənin dediyim ifadə Zidanın anası yox, bacısı barədə idi…”, -deyə Materassi vurğulayıb.

 

2006-cı ilin final oyunuda Zidanın kəllə atması hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılmışdı.