XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 11:12

Azərbaycan XİN: “Məsciddə terror aktını qəti şəkildə pisləyirik”
Azərbaycan Xarici İşlər Nazirliyi Küveytdə məsciddə törədilmiş terror aktını pisləyən bəyanat yayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:
“Biz 26 iyun tarixində Küveytdə məsciddə törədilmiş terror aktını qəti şəkildə pisləyir, yaxınlarını itirən ailələrə dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını arzu edirik. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir və Küveyt xalqı ilə həmrəyliyini ifadə edir”.
APA