XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2015 - 17:17

Dəhşətli təyyarə qəzası – 113 ölü (Foto+video)
Dəhşətli təyyarə qəzası- 113 ölü+Foto+Video

İndoneziyada “Herkules” С-130 hərbi təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo”nun TASS Agentliyinə istinadən məlumatına görə, göyərtədə 113 nəfər olub. Onların hamısının qəza nəticəsində öldüyü deyilir. Amma hələ ki, ərazidən yalnız 52 nəfərin meyiti tapılıb.
Hadisə bu gün gündüz saatlarında İndoneziyanın Medan şəhərində qeydə alınıb.
Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yaşayış evləri və maşınların olduğu əraziyə düşüb. Faciəyə ilkin səbəb kimi təyyarənin mühərrik hissəsində yaranan problem göstərilir.
Hazırda qəza baş verən ərazidə meyitlərin aşkar edilərək tanınması işləri aparılır.