XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 11:42

İnvestisiya layihələrinin verilmə qaydasını bundan sonra prezidentmüəyyən edəcək – Qərar

C

İyulun 5-dən iqtisadiyyat naziri Şahin Mustafayevin  əmri qüvvəyə minib. Orda kollegiyanın 28 iyun tarixli qərarı təsdiq edilib.

Sənədə əsasən, martın 1-dən qüvvədə olan  investisiyaların təşviqi sertifikatının formasına dəyişiklik edilib. İndi investisiya layihələrinin adı tam olacaq, verilmə qaydasını isə hökumət yox, prezident müəyyən edəcək. Bu isə layihələri daha cəlbedici edəcək. (Turan)

Nazirliyin hüquq şöbəsi bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədi ilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməlidir.

Turan ekspertlərinin fikrincə, İqtisadiyyat Nazirliyinin bu addımı onu göstərir ki, xarici və yerli investorlar total dövlət idarəetməsindən tələb-təklif prinsipinə keçilmədiyi üçün iqtisadiyyata vəsait qoymaq istəmir.