XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 İyul 2016 - 12:14

UEFA klubların reytinq siyahısını açıqladı:Ən yaxşı göstərici “Qarabağ”a məxsusdur

uefa

Futbol üzrə Çempionlar və Avropa liqalarının ikinci təsnifat mərhələsi ərəfəsində UEFA klubların reytinq siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam klubu 13,375 xalla 120-ci pillədə qərarlaşıb. İkinci yerdə “Neftçi” yer alıb – 9,125 xal (156-cı yer).

Digər klublarımızın reytinqdəki mövqeyi isə belədir: “Qəbələ” – 5,625 (211-ci yer), “İnter” – 5,373 (219-cu yer), “Xəzər-Lənkəran” – 3,875 (284-cü yer), “Kəpəz” – 3,375 (312-ci yer) və “Bakı” – 3,125 (323-cü yer).