XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

11 İyul 2016 - 13:56

Nazir:“Dövlət Təhlükəsizlik Xidməti otellərdə təhlükəsizliyin təmin olunmasına cəlb olunub”

ebulfez qara

“ASAN vizanın texniki şərtləri dəqiqləşdirilir. Üç gün müddətində insanlar sərbəst, telefon vasitəsilə vizaların əldə edilməsinə nail olacaqlar”.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, "ASAN Xidmət"lə Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlıq edir, turizm şirkətləri viza işi ilə məşğul olur və bu, davam edəcək.

 Ə. Qarayev əlavə edib ki, turistlərin təhlükəsizlik məsələləri müvafiq dövlət orqanları ilə birgə təmin olunur: “Biz otellərdə təhlükəsizlik ölçülərinin götürülməsi haqqında müvafiq tövsiyələr və nizamnamələr hazırlayıb, Fövqəladə Hallar Nazirliyinə təqdim etmişik. Eyni zamanda, bu gün dünyada baş verən hadisələr bizi insanların çox toplaşdığı yerlərə daha həssaslıqla yanaşmağa məcbur edir. Biz buna hazır olmalıyıq. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti bu işə cəlb olunub və lazımı işlər görülür”.