XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

11 İyul 2016 - 14:59

Ağstafa Polis Şöbəsinə rəis təyin olundu –Daşkəsənə isə hələ təyinat olmayıb

DIN

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Daşkəsən rayon Polis Şöbəsinin rəisi Elsevər Aslanov vəzifəsindən azad olunub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, nazirin digər əmri ilə E.Aslanov Ağstafa rayon Polis Şöbəsinə rəis təyin olunub.

Daşkəsən RPŞ-yə hələlik rəis təyinatı yoxdur.

Qeyd edək ki, E.Aslanov buna qədər Mingəçevir şəhər Polis Şöbəsində rəis müavini və Beyləqan RPŞ-nin rəisi vəzifələrində çalşıb. O, 2012-ci ildən Daşkəsən polisinə rəhbərlik edirdi.

Ağstafa rayon Polis Şöbəsinin sabiq rəisi Yaşar Nuriyev isə bir müddət əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Xətt Polisinə rəis təyin olunub.