XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

12 İyul 2016 - 11:03

AZAL-dan aeroportdakı təhlükəsizliklə bağlı –Açıqlama

azal tey

İstanbulda Atatürk Hava Limanında baş verən terror hadisəsindən sonra paytaxt Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilmişdi.

Bileti olmayan şəxslər hava limanına buraxılmır, hər kəs ciddi şəkildə yoxlanılırdı. Ötən gündən etibarən bileti olmayan şəxslərin hava limanına daxil olmasına icazə verilib.

Bu barədə AzVision.az-a “Azərbaycan Hava Yolları”QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

O qeyd edib ki, təhlükəsizliklə bağlı bu günə qədər yalnız bilet alan şəxslər terminalların binasına buraxılırdı: “Lakin bu gündən etibarən sərnişinləri yola salan və qarşılayan insanlar terminalların binasına girə bilərlər”.