XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2016 - 12:52

“Azercell” bölgələri qarış-qarış gəzir –Xüsusi layihə

azercell_logo_231013

Bütün Azərbaycanın sevimli operatoru olan Azercell isti yay mövsümü boyunca ölkəmizin müxtəlif bölgələrini qarış-qarış gəzməkdədir. Artıq 4-cü ildir ki, Azercell Azərbaycanın regionlarında maraqlı aksiyalar təşkil etməklə şirkətin təqdim etdiyi xidmətləri hər kəsə tanıdır.

Bu yay Azercell-in 50-ə yaxın əməkdaşı xüsusi layihə çərçivəsində səyyar müştəri xidməti funksiyasını həyata keçirir. Bu zaman müştərilər üçün həm səyyar satış təşkil olunur, həmçinin yeni məhsul və xidmətlər onlara  maraqlı formatda təqdim olunur. Layihə boyunca müxtəlif rayon sakinlərinə fərqli əyləncəli proqramlar təqdim olunur, onlar arasında maraqlı oyunlar, müsabiqələr keçirilir.

Bölgələrdə həyata keçirilən layihələr Azercell-in öz müştərilərinə daha da yaxın olmasına, qarşılıqlı təmasların artmasına, onların istəklərini daha dərindən öyrənməyə imkan verir. Bu cür kampaniyalar, həmçinin, abunəçilərin tələb və ehtiyacları ilə yaxından tanış olmağa şərait yaradır.

Azercell Telekom-un bölgələrdə keçirdiyi maraqlı layihənin daha bir məqsədi abunəçiləri yeni məhsullarla daha yaxından tanış etməkdir. Çünki, bu tədbirlər müştərilərin özlərinə uyğun məhsul və ya xidmətin seçimində onlara kömək edir. Azercell tərəfindən aparılan bu kampaniya hər il yüz minlərlə insanı əhatə edir, şirkətin öz müştəriləri ilə birbaşa ünsiyyət qurmasına yardımçı olur.  

Qeyd edək ki, hazırda Azercell şirkəti Bakı və Abşeron yarımadasından kənarda yaşayan müştəriləri üçün “Bölgələrdə limitsiz danışıq” kampaniyasını həyata keçirir. Azercell əməkdaşları bölgə sakinləri ilə görüşdə həm də bu cəlbedici kampaniya haqqında yerli əhaliyə ətraflı məlumat verirlər. Belə ki, “Bölgə” tarifində olanlar günlük limitsiz danışıq paketinə qoşulmaqla Azercell-lilərlə gün boyu istənilən qədər danışa bilərlər.

Azercell-in bölgə səfərləri, rayonlarda keçirilən aksiya və göstərilən xidmətlər haqqında mütəmadi olaraq Azercell-in Facebook səhifəsindən məlumat almaq mümkündür.