XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

12 İyul 2016 - 18:14

Piyada əleyhinə mina tapılıb –Ağdamda

 

mina 1

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Tərtər rayonlarında 3 əkin sahəsində 8 partlayış yerinə baxış keçirib.  

ANAMA-dan APA-ya verilən məlumata görə, baxış zamanı Ağdamrayonunda 1 ədəd piyada əleyhinə mina (PMN) aşkarlanaraq zərərsizləşdirilib, 14 500 kv.m ərazi təmizlənib.

Agentlik 7 Aprel – 12 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi,Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində  621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirib, aşkarlanan 1580 ədəd partlamamış hərbi sursat, 15 ədəd PMN, 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina zərərsizləşdirilib.

Hazırda Agentliyin xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.