XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2015 - 10:03

Generalın iki ölkəyə səfəri – Səbəb açıqlandı

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva və Latviyayarəsmi səfərə gedib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Müdafiə naziri iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək Latviyada səfərdə olacaq.
Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılıb.