Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarında Azərbaycan çempionu "Qarabağ" evdə Lüksemburq çempionu "Düdelanj"ı qəbul edib.
Strateq.az xəbər verir ki, "Qarabağ" Riçard Almeydanın 10-cu və 28-ci dəqiqədə vurduğu qollarla 2-0 qalib gələrək, cavab qarşılaşmasına mövqeyini möhkəmləndirmiş formada yollanacaq.
Xatırladaq ki, cavab oyunu iyulun 20-da Lüksemburqda keçiriləcək.