XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 00:24

Rusiyadan Ermənistana qaz ötürülməsi 1 aylığa dayandı –İran Ermənistana verdiyi qazın həcmini artıracaq

qaz-2

İran Ermənistana daha çox təbii qaz tədarük etməyə razılıq verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda İslam Respublikası prezidentinin müavini İshaq Cahangiri ilə Ermənistanın baş naziri Ovik Abramyan arasında olan telefon danışığı zamanı razılıq əldə edilib.

İnformasiyaya görə, tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə dair məsələləri müzakirə ediblər.

Ermənistanın baş naziri İslam Respublikası prezidetninin müavinindən iyulun 10-u avqsutun 10-u arası müddətdə İrandan ölkəsinə ixrac edilən təbii qazın həcminin artılmasını xahiş edib. Qarşı tərəf bu istəyə təmin edəcəklərini bildirib.

Qeyd edək ki, Gürcüstandan keçən təbii qaz kəməri iyulun 10-dan avqustun 10-dək təmirə dayandırıldığı üçün Rusiyadan Ermənistana "mavi yanacağın" ötürülüməsi müvəqqəti olaraq dayandırılıb.