XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 12:06

“Tax free” əvvəlcə hava limanında tətbiq olunacaq”- Aydın Əliyev

"Azərbaycanda "tax free" sisteminin tətbiqinə ilkin mərhələdə hava limanından başlanacaq".

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib: "Dünya praktikasına əsasən, bütün dünya ölkələrinin vətəndaşları, eyni zamanda vətəndaşlığı olmayan əcnəbilər bu sistemdən yararlana bilər".

Komitə sədrinin sözlərinə görə, Azərbaycan ərazisində alış-veriş edən əcnəbilərə ölkəni tərk edərkən ƏDV sərbəst dönərli valyuta ilə qaytarılacaq. 

Qurum rəhbəri əlavə edib ki, sistemin tətbiqi ilə bağlı qaydalar hazırlanacaq və bir müddət sonra ictimaiyyətə açıqlanacaq: "Sistemin ilkin mərhələdə hava limanında, ardınca isə hər bir yerdə tətbiq olunması gözlənilir. Dövlət Gömrük Komitəsi sistemin tətbiqinə tam hazırdır".