XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 July 2015 - 11:52

Nazirlik “WhatsApp”la bağlı bəyanat yaydı

“Azərbaycanda “WhatsApp” messencerinin işində müşahidə olunan problemlərin ölkənin mobil rabitə operatorları və rabitə administrasiyası ilə bağlılığı yoxdur”.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) bəyanatında qeyd edilib. Nazirlikdən bildirilir ki, RYTN mobil şəbəkə üzərindən fəaliyyət göstərən proqram əlavələrinin istifadəsinə qadağa qoymaq niyyətində deyil:

Tənzimləyici orqan olaraq nazirlik texnologiyaların və innovasiyaların inkişaf etdirilməsi tərəfdarıdır. Azərbaycanda internet azaddır və bu gün ölkədə 3 mobil operator və 40-dan çox internet provayder fəaliyyət göstərir. Bu tip xidmətlərin qarşısının alınması inkişafın qarşısını almaq anlamına gəlir və belə bir məsələ nazirliyin prioriteti ola bilməz”.