XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

13 İyul 2016 - 14:31

İlham Əliyev İtaliya prezidentinəbaşsağlığı verdi

Prezident İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellaya başsağlığı verib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, başsağlığında deyilir:
 
“Hörmətli cənab Prezident, ölkənizin cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
 
Prezident, həmçinin İtaliyanın baş naziri Matteo Renziyə də qəza ilə bağlı başsağlığı verib.