XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 14:35

“Bank of Baku” şəhid hərbçinin kredit borcunu sildi:“Bank əməkdaşının davranışı haqqında lazımi tədbirlər görüləcək”

sehid

"Bank of Baku” aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsinin kredit borcunu silib.

 Bu barədə AzNews.az-a bankdan bildirilib.

Bankdan məsələ ilə bağlı verilən açıqlamada deyilir:

"Bildirmək istəyirik ki, "Bank of Baku" şəhidlərimizin və qəhrəmanlarımızın ailə üzvlərinə dəstəyini heç bir zaman əsirgəməyib. Belə ki, 04 dekabr 2015-ci il tarixində "Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həyatını itirən və itkin düşən 11 nəfər nefçinin və aprel döyüşlərində şəhid olan əsgərlərin "Bank of Baku"da mövcud olan bütün kredit borcları bankın rəhbərliyinin qərarı ilə bağışlanmışdır.

Xəbərlərdə adı çəkilən Baxışov Seymur Qulamhüseyn oğlunun şəhid olması haqqında xəbəri əldə etdikdən sonra onun "Bank of Baku"da olan bütün kredit öhdəlikləri tamamilə silinmişdir və borcunun bağışlanmasına dair məlumat ailəsinə təqdim olunmuşdur. Adı çəkilən şəhidimizlə yanaşı, digər şəhidimizin, Orucov Müşviq Arif oğlunun anasının da bankın daimi müştəriləri sırasında olması xəbərini əldə etdikdən sonra, onun da kredit borcu "Bank of Baku" tərəfindən bağışlanmışdır.

Şəhidimiz Baxışov Seymur Qulamhüseyn oğlunun anası Baxışova Zenfira Həsən qızının bankımızda olan kreditlərinin bağışlanması barədə qərar qəbul olunub və tez bir zamanda icra olunacaqdır. Məlumat üçün bildirək ki, şəhidimizin atası Baxışov Qulamhüseyn İzzət oğlunun da Bankda olan kredit öhdəlikləri üzrə güzəştli şərtlər tətbiq edilmişdir və tamamilə bağlanmasına bank tərəfindən dəstək göstərilmişdir.

 Bankın əməkdaşının davranışına gəldikdə isə, bu məsələ ciddi araşdırılır və lazımi tədbirlər görüləcəkdir.

"Bank of Baku" ailəsi olaraq vətən uğrunda şəhid olan hər bir qəhrəmanımız qarşısında baş əyir və ailə üzvlərinə səbr diləyirik".