Xəzərin hüquqi statusuna dair işçi qrupunun bu ilin payızında Tehran və Aşqabadda toplantısı keçiriləcək.
Bu barədə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov Xəzəryanı ölkələri xarici işlər nazirlərinin Astana görüşündən sonra keçirilən mətbuat konfrasında bildirib. (APA)
"Ekspertlərin növbəti görüşü bu ilin sentyabrında Tehranda, oktyabrda isə Aşqabadda keçiriləcək", – deyə nazir qeyd edib.
Onun sözlərinə görə, bu görüşlərdən sonra xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı müəyyən olunacaq.