XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 İyul 2016 - 16:40

Konstitusiya Məhkəməsinin qəbul etdiyiqərarların sayı açıqlandı

Bu günədək Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 324 qərar, o cümlədən fərdi şikayətlər əsasında 113 qərar qəbul edilib.

Trend-in məlumatına görə, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

Konstitusiya Məhkəməsinin sədri deyib ki, həmin qərarlar Konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquqlarının və azadlıqlarının qorunmasına xidmət edir. Konstitusiya Məhkəməsinin qərarlarında ərizəçilərin pozulmuş hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, bərabərlik hüququ, mülkiyyət hüququ, əmək, mənzil, istirahət və sosial təminat hüquqları və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə baxımından əhəmiyyətli hüquqi mövqelər formalaşdırılıb.