XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

13 İyul 2016 - 16:46

Azərbaycan XİN:Astanada Konvensiya layihəsinin qəbulu istiqamətində addımlar atılması razılaşdırılıb

xarici işler

Azərbaycan Xarici İşlər Nazirliyi iyulun 13-də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Astana şəhərində keçirilmiş görüşü barədə məlumat yayıb.

 Məlumatda bildirilir ki, görüş zamanı Konvensiya layihəsinin hərbi məsələlər, razılaşdırılmış etimad təbirlərinə əməl olunması, balanslaşdırılmış silahlanmanın təmin edilməsi, gəmiçilik, müxtəlif su məkanlarında rejimlər və fəaliyyət, eləcə də azad tranzit hüququ, sualtı boru kəmərləri və kabellərin çəkilməsi ilə bağlı müddəalar geniş müzakirə olunub.

Konvensiya layihəsi üzrə işin davam etdirilməsi və ən yaxın zamanlarda tam razılaşdırılaraq qəbul edilməsi istiqamətində addımlar atılması razılaşdırılıb.