XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

01 İyul 2015 - 14:20

Yəməndə 1200 məhkum həbsxanadan qaçdı

arest.jpg

Yəmənin Taiz şəhərindəki həbsxanadan 1200 məhkum qaçıb. «Strateq.az» xarici mətbuata istinadən xəbər verir ki, hadisə həbsxana nəzarətçiləriylə məhkumlar arasında qarşıdurmadan sonra baş verib.

Qərb informasiya mənbələri baş verənlərlə bağlı fərqli məlumatlar yayıblar. «Associated Press» yazır ki, husilərlə (şiə qiyamçılar) hökumət qüvvələri arasında baş verən qarşıdurmadan sonra həbsxanadakı nəzarətçilər kütləvi şəkildə iş yerlərini tərk ediblər.

Fransanın «AFP» İnformasiya Agentliyi isə xəbər yayıb ki, hökumət qüvvələri husilərin nəzarətində olan həbsxanaları ələ keçirərək bütün məhkumları sərbəst buraxıb. Qeyd edək ki, bu Yəməndə husilərə qarşı Səudiyyə Ərəbistanının rəhbərliyi ilə hərbi əməliyyatlar başlayandan bu yana üçüncü belə qaçış halıdır. Bu dəfə həbsxanadan qaçan məhbusların «Əl-Qaidə» tərəfdarları olduğu bildirilir.

Strateq.az