Azərbaycanda qeyri-ənənəvi saytın yaradılması qalmaqala səbəb olub. Qızlarla eskort-xidmətləri təklif edən bu saytın qanunsuz fəaliyyəti çox çəkməyib. Hüquq-mühafizə orqanları da daxil olmaqla dövlət qurumları eskort saytının bazarını bağlayıb.
Bakuescortgirls.com saytında 7 qızın fotoşəkli yerləşdirilib. Onların Kristi, Olqa, Lətifa,
Feyza, Uliana, Culiya və Xədicə adlı qızlara məxsus olduğu deyilir. Bu şəkillərlə bərabər qızların hansı xidmət göstərdiyi barədə saytda mətn yerləşdirilib. Xanımların gözəl görünüşə, bədən quruluşuna malik olması, digər özəllikləri, həmçinin saata görə qiymətləri qeyd olunub. Qızlardan biri ilə görüşün 1 saatının qiyməti 300 manatdan başlayaraq dəyişir. Bir gecəlik onlarla gün keçirmək 1000-1500 manatdır.
Ekspertlər bu halı açıq-aşkar fahişəliyə cəlbetmə kimi qiymətləndirir.
Ekspert Müzəffər Baxışlının sözlərinə, bakuescortgirls.com saytında bu və digər şəxslərlə bağlı intim xidmətlər göstərilməsi barədə təkliflər irəli sürülürsə, eyni zamanda təkliflərə görə vəsait, yəni buna görə gəlir əldə edilirsə, belə əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və digər fayda əldə etmək) maddəsinə görə, cinayət məsuliyyətinə səbəb olan əməl kimi qiymətləndirilir.
Eskort saytının Kristina Novikova adlı şəxs tərəfindən yaradıldığı deyilir. Saytın sahibinin ünvanı Bakının Mirzəağa Əliyev küçəsi göstərilib.
Bakuescortgirls.com saytı “com” domen zonasında yaradılıb. Azərbaycanın “.az” domen zonasında bu cür intim xidmətlər, fahişəliyi təbliğ edən saytları qəbul etmir. Saytla bağlı xəbər ictimailəşəndən sonra dövlət qurumları hərəkətə keçib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti Müşfiq Əmirov ANS-ə deyib ki, sayt qeydiyyatdan keçib və araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. DİN müdaxiləsindən sonra sayta giriş məhdudlaşdırılaraq fəaliyyəti dayandırılıb.
DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bu barədə açıqlama verib: “Milli adət-ənənələrimizə, xalqımızın yüksək mənəvi dəyərlərinə yaddır, qətiyyən uyğun gəlmir. Bu cür hərəkət və halları təbliğ etməyə cəhd göstərən, saytın qapanması dövlətimizin aidiyyəti qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin dərhal və operativ olaraq gördüyü tədbirlərin nəticəsidir”.
Bu arada saytın saxta olması barədə də məlumatlar yayılıb. Xidməti təklif edilən qızların fotolarının məşhur aktrisa, modellərə məxsus olması belə deməyə əsas verir.