Nazirlik ulduz payladı
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iyun ayı ərzində Bakı şəhərində və regionlarda fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib.
“Qafqaz Baku City Hotel & Residences”, “Premier Expo Hotel”, “Luxe Lankaran Hotel”, “Şindan”, “Qubek” mehmanxanalarına 4, “Küngüt” və “İS Hotel” mehmanxanalarına isə 3 ulduz verilib.
Respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 89-a çatıb.