XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

01 İyul 2015 - 18:15

Səudiyyə şahzadəsi qadınlar üçün 32 milyardından keçəcək

Səudiyyə şahzadəsi Vəlid bin Talal müxtəlif beynəlxalq xeyriyyə təşkilatlarına 32 milyard dollar bağışlayacaq. Bunu şahzadənin özü açıqlayıb. Bildirildiyinə görə, böyük miqdarda olmasına baxmayaraq, bu yardım onun iqtisadi gücünə heç bir mənfi təsir göstərməyəcək və sahib olduğu şirkətin 95% hissə sənədləri isə, ümumiyyətlə, satışa çıxarılmayacaq.

Vəlid bin Talat hümanitar təşkilatlara verəcəyi bu pulların əsasən tibb, fəlakət qurbanlarının müalicəsi və qadın hüquqlarının müdafiəsinə sərf olunacağını da qeyd edib. Prensin bu əliaçıqlığından təkcə öz ölkəsində fəaliyyət göstərən qurumlar deyil, dünya miqyasında tanınmış təşkilatlar da faydalana biləcək.

Şahzadəsinin səxavətindən faydalanacaq sahələrin içərisində qadın hüquqlarının müdafiəsinin yer alması diqqəti xüsusilə cəlbedəndir. Nədən ki, Səudiyyə krallığı dünyada qadın hüquqlarının ən çox tapdalandığı ölkələr içərisində yer alır. Hüquqları tapdalayan isə krallığın siyasi xarakteridir və bu da istər-istəməz aşağıdakı suala yol açır: Şahzadə bu məsələyə, həqiqətən də, bu cür həssalıqla yanaşırsa, nə əcəb, 32 milyard pul xərcləməyin əvəzinə, 32 sivil qanun hazırlamaq haqqında düşünmür?

Heydər Oğuz

Strateq.az