XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

14 İyul 2016 - 11:59

“Kadr islahatları aparılacaq” –Universitetin yeni rektorundan xəbərdarlıq

nurlana rektor

Bakı Slavyan Universitetində kadr islahatları aparılacaq.

Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva bildirib ki, istənilən qurumun rəhbəri təyinatdan dərhal sonra oranın struktur bölmələri, maddi-texniki bazası, tədris sistemi ilə yaxından tanış olur və dəyişikliklərə ehtiyac yaranır: “Biz dünyaya inteqrasiya olunuruq. Ona görə də yenilikləri daim izləməli, islahatları tətbiq etməli və bəhrənlənməliyik".

Rektor universitetdə müəllimlərin və tələbələrin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı suala aydınlıq gətirib: "Universitetdə müəllim və şagirdlərin geyimində ciddi nizam-intizam tələb edilməsi ilə bağlı söhbət yoxdur. Əslində müəllimin zahiri görkəminə diqqət yetirməsi lazımdır. Tələbənin geyimi öz ruhuna, tutduğu mövqeyə və gördüyü işə uyğun olmalıdır. İnsanın zövqü o qədər yüksək olmalıdır ki, hara getdiyini, harada iştirak etdiyini, nə işlə məşğul olduğunu düşünərək onu dərk edərək özünü tənzimləsin”. 

APA