XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2016 - 14:34

Mövlud Çavuşoğlu Azərbaycana gəlir –Səbəb

cavushoqlu-1

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana səfərə gələcək.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, M.Çavuşoğlu 14-15 iyul tarixlərində Azərbaycanda səfərdə olacaq:

“Səfər Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun dəvəti əsasında reallaşacaq. Səfər zamanı Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyev və Xaİici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi başda olmaqla, ikitərəfli və regional əməkdaşlıq və digər məsələlərlə bağlı müzakirələr aparılacaq”.

Publika.az